Asistan nələri bacarır
Zənglərə cavab verir, müştəriləri qəbula yazır, lazım olanda operatora ötürür və hər zəngin nəticəsini sizə çatdırır.
Zəng zamanı asistan nə edir?
Yalnız sizin verdiyiniz məlumatla danışır. Bilmədiyini canlı operatora ötürür.
Şənbə günü işləyirsiniz?
Bəli, şənbə 10:00-dan 16:00-dək işləyirik. Bazar günü istirahətdir.
Bütün imkanlar bir asistanda
Səs seçimi
Qadın və ya kişi səsi: biznesinizə uyğun olanı seçirsiniz.
Bilik bazası
İş saatı, ünvan, xidmət və qiymətləri bir dəfə yazırsınız, asistan onlara əsasən danışır.
Növbə cədvəli
Boş vaxta baxır, eyni saata iki nəfəri yazmır.
Operatora ötürmə
Lazım olanda zəngi boş operatora və ya birbaşa sizə ötürür.
Səs yazısı və mətn
Hər zəngi dinləyə, danışığın mətnini oxuya bilərsiniz.
Mövzu və əhval
Sual, sifariş, şikayət. Narazı müştəri dərhal gözə çarpır.
Telegram bildirişi
Vacib nömrə, açar söz, şikayət: qaydaları özünüz qurursunuz.
İş saatı
İş vaxtı zənglər operatora, iş vaxtından sonra asistana gedir.
Bilmədiyi sualı canlı operatora ötürür
Operatorlarınız paneldən işləyir. Zəng ötürüləndə operator kimin və nə üçün zəng etdiyini artıq bilir.
- Zəngləri brauzerdən qəbul edirlər, əlavə proqram lazım deyil
- Zəngi gözlətmək və başqa operatora ötürmək
- Ötürmə səbəbi və xülasə operatorun ekranında
- Operatorlar arasında daxili zənglər
Qiymət barədə həkimlə danışmaq istəyir. İki diş implantı.
Bir gündə quraşdırılır
Proqramçı, server və ya əlavə avadanlıq lazım deyil.